İQTİSADİYYAT


Xəzər rayonunda küçə və yolların təmiri işləri davam etdirilir

Bakı şəhəri və onun qəsəbələrinin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobuslarının hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda yeni yol infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, cari ildə Xəzər rayonunun Binə qəsəbəsi üzrə ümumi uzunluğu 7,6 kilometr olan 5 küçə və yol, Buzovna qəsəbəsi üzrə 1,2 kilometrlik 1 küçə, Qala qəsəbəsi üzrə isə uzunluğu 7,5 kilometr olan 3 yol, (ümumi uzunluğu 16,3 kilometr) küçə və yolların təmir-tikinti işləri həyata keçirilir.