İQTİSADİYYAT


“Yalama Aqropark”da əsas qaba yem komponenti olan silosluq qarğıdalı biçini aparılıb

“Yalama Aqropark”da əsas qaba yem komponenti olan silosluq qarğıdalı biçininin ilkin mərhələsi yekunlaşıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il “Yalama Aqropark”da 191,5 hektar dənlik, 300 hektar isə silosluq qarğıdalı əkini aparılıb.Silosluq qarğıdalının biçininə avqust ayının əvvəlindən başlanılıb. İlkin olaraq 100 hektar silosluq qarğıdalı sahələri biçilib. Təkrar əkin aparılan 200 hektar yemlik qarğıdalı sahələri isə sentyabr ayında biçiləcək.