Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücumundan müdafiə bölmələrində taktiki-xüsusi təlimlər keçirilir

14.08.2021 [12:47]

Xəbərin mətni

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücumundan müdafiə bölmələrində taktiki-xüsusi təlimlər keçirilir. Çətin dağlıq şəraitdə döyüş növbətçiliyi aparan zenitçilər bilik və bacarıqlarını praktiki atışlarda nümayiş etdirirlər.
Müasir ümumqoşun döyüşünün çevik dəyişən şəraiti bütün heyətdən zenit-artilleriya bölmələrinin manevr qabiliyyətinin yüksək olmasını tələb edir. Bu məqsədlə bölmələrin qısa zamanda qurğulardan hava hədəfinə atəş açaraq məhv etməsi və çətin dağlıq şəraitdə yerdəyişməsi məşq etdirilir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI