Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəbəkə ustası Hüseyn Hacımustafazadə İstanbulda keçirilən beynəlxalq festivalda ölkəmizi təmsil edib

14.08.2021 [16:56]

Xəbərin mətni

Şəbəkə sənətinin sirlərinə mükəmməl səviyyədə yiyələnən tanınmış şəbəkə ustası Hüseyn Hacımustafazadənin əl işləri nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da böyük maraq doğurur, əsərləri bir sıra xarici ölkələrin muzeylərini bəzəyir, sərgilərdə nümayiş etdirilir. Şəkili şəbəkə ustası bu yaxınlarda Türkiyənin İstanbul şəhərində keçirilən “Əməyin eşqi ilə yaradan əllər” adlı beynəlxalq festivalın iştirakçısı olub, Azərbaycanın şəbəkə sənətini qardaş ölkədə layiqincə təmsil və təbliğ edib.