MƏDƏNİYYƏT


Misir telekanalında Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlanıb

Misirin “Nil” dövlət televiziya kanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, telekanalın redaktoru Fatima Əbdül Qadirin aparıcısı olduğu verilişdə Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edildiyi diqqətə çatdırılıb. Aparıcı Şərqin dahi şair və mütəfəkkirinin həyatı, zəngin yaradıcılığı, dünyaya gəldiyi Gəncə şəhəri haqqında ətraflı məlumat verib.