SİYASƏT


Azərbaycan sülhməramlıları təyin edilmiş tapşırıqları icra edir

Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlılarının ümumi vəziyyəti sabitdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sülhməramlılarımız hazırda onlar üçün müəyyən olunmuş sektorda mühafizə və müdafiə tapşırıqlarını yerinə yetirirlər.
Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.