Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident: Gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq

17.08.2021 [14:36]

Xəbərin mətni

Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilir. Bu hava limanının tikintisi mənim tərəfimdən bir müddət əvvəl elan edilmişdir. Demişdim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək. Artıq Füzulidə və Zəngilanda bu işlərə start verildi. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacaq. Zəngilan hava limanının istifadəyə verilməsi tarixi yəqin ki, 2022-ci il olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Laçında hava limanının təməlqoyma mərasimində çıxışında deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI