SİYASƏT


İstanbulda “IDEF - 2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilir

Avqustun 17-də İstanbulda “IDEF - 2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə sərgidə iştirak etmək üçün qardaş ölkədə səfərdədir.
Səfər çərçivəsində Azərbaycan heyətinin bir sıra görüşləri planlaşdırılır.
On beşinci dəfə təşkil olunan sərgi avqustun 20-dək davam edəcək.