SİYASƏT


DSX-nin Aviasiya Qüvvələrində Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Aviasiya Qüvvələrində Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidənin açılış mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, abidənin önünə əklilin qoyulması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Əfqan Nağıyev çıxış edərək, DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramını şəxsi heyətə çatdırıb, mərasimin Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümünə təsadüf etməsi ilə əlamətdar olmasını, sərhədçilərin bu ilki peşə bayramını müzəffər ölkənin qalib əsgərləri olaraq ən yüksək əhval-ruhiyyə ilə qarşıladıqlarını vurğulayıb.