İQTİSADİYYAT


Beyləqanda sahələrin vaxtında suvarılması üçün lazımi tədbirlər görülür

Beyləqanda suvarma işinin səmərəli aparılması üçün nasos stansiyaları, körpü qurğuları təmir edilib, kanallarda təmizlənmə işləri aparılıb. Sahələrin vaxtında suvarılması üçün növbəlilik prinsipinə uyğun suvarma tətbiq olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqanda suvarma işlərinin keyfiyyətlə aparılması üçün bir sıra əsaslı və cari təmir işləri yerinə yetirilib. Beyləqan rayon Suvarma Sistemləri İdarəsinin rəisi Azim Kərimovun sözlərinə görə, idarə tərəfindən rayon ərazisində 50539 hektar əkinəyararlı sahəyə xidmət göstərilir.