SİYASƏT


Azərbaycan Sərhəd Mühafizəsinin 102 illiyi münasibətilə təntənəli mərasim keçirilib

Dövlət Sərhəd Xidmətinin aparatında Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın Sərhəd Mühafizəsinin 102-ci ildönümünü böyük təntənə ilə qeyd edən qalib ölkənin sərhədçilərini peşə bayramı münasibətilə təbrik edib.