İQTİSADİYYAT


Bakıxanov qəsəbəsinin Bəşir Bünyadov küçəsi təmir edilib

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Sabunçu rayonu üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 9 kilometr təşkil edən qəsəbədaxili küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir-tikinti işləri aparılır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, cari ilin İnvestisiya Proqramına uyğun olaraq, rayonun Bakıxanov qəsəbəsində 3,1 kilometr uzunluğa malik Bəşir Bünyadov küçəsində aparılan təmir-tikinti işləri yekunlaşıb.