İQTİSADİYYAT


Bu il Neftçalada 600 hektar sahədə təkrar qarğıdalı əkini aparılıb

Kənd təsərrüfatının bir sıra ixtisaslaşmış sahələrində aparıcı rayonlardan olan Neftçalada silosluq qarğıdalı əkininə də maraq artmaqdadır. Belə ki, bir neçə ildir Neftçalada qarğıdalı əkini aparılır. Mütəxəssislər qeyd edirlər ki, taxıl biçinindən sonra təkrar qarğıdalı əkini həm torpağın münbitləşməsi, həm də heyvandarlıq və yemçiliyin inkişafı üçün olduqca vacibdir.