Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Fərhad – portret cizgiləri” adlı sənədli film yenidən bərpa olunub

18.08.2021 [18:30]

Xəbərin mətni

Azərbaycan Dövlət Film Fondunda “Fərhad - portret cizgiləri” adlı sənədli film yenidən bərpa olunub.
Bu barədə AZƏRTAC-a Dövlət Film Fondundan bildirilib.
SSRİ Xalq artisti, professor, görkəmli musiqi xadimi Fərhad Bədəlbəylinin yaradıcılığına həsr edilmiş film 1987-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin rejissoru Cəmil Fərəcov, operatoru Sərdar Vəliyev, ssenari müəllifi Arif Əliyevdir.