Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sərbəst güləş üzrə millimiz dünya çempionatında dördüncü olub

19.08.2021 [15:58]

Xəbərin mətni

Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında sərbəst güləş üzrə yarışlar başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışa 9 idmançı ilə yollanan millimizin 5 üzvü fəxri kürsüyə qalxıb.
Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramov (74 kq) və Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıblar.