İQTİSADİYYAT


Nizami rayonunda 7 küçə və yolda təmir işləri aparılıb

Dövlət başçısının vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində verdiyi tapşırığa əsasən Bakı şəhərində təmirə ehtiyacı olan küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər davam etdirilir. 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən Nizami rayonu üzrə nəzərdə tutulan təmir işləri tam şəkildə icra olunub. Bu ilin “İnvestisiya Proqramı”na əsasən Bakı şəhəri, Nizami rayonunda ümumi uzunluğu 5.5 km olan 7 küçə və yolda təmir işləri aparılıb. Bu Rizvan Teymurov küçəsinin 1200 metr, Əlif Hacıyev küçəsinin 500, Əzim Əzimzadə küçəsinin 700, Cəmşid Naxçıvanski küçəsin 1000, Bəhruz Nuriyev küçəsinin 900, Əliağa Kürçaylı və Mikayıl Əliyev küçələrinin isə 600 metr uzunluğa malik hissələridir.