İDMAN


Azərbaycanın paralimpiya yığması Tokioya yola düşüb

Azərbaycan paralimpiya yığması Tokio-2020 Yay Paralimpiya Oyunları üçün Yaponiyaya yola salınıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançıları Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri Fərid Mansurov, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Vətən müharibəsi iştirakçıları, qazilər və idman ictimaiyyətinin nümayəndələri yola salıb.