SİYASƏT


Əlahiddə Ümumqoşun Ordunun minaatan bölmələrində döyüş hazırlığı məşğələləri keçirilir

Gənc heyətlərə müxtəlif çaplı minaatanların təyinatı və taktiki-texniki göstəriciləri haqqında ümumi məlumat verilən məşğələlərdə minaatan heyətlərinin ixtisas hazırlığı artırılır və döyüş vərdişləri təkmilləşdirilir.
Məşğələlərdə bölmələrin atəş mövqelərini və komanda müşahidə məntəqələrini tutması, minaatan qurğularının döyüşə və səfərə gətirilməsi, tuşlanması, doldurulması və döyüş atışının icra olunması məşq etdirilir.