İQTİSADİYYAT


Şamaxı üzümçüləri rayonun əvvəlki şöhrətini geri qaytarmaq əzmindədirlər

Vaxtilə üzümçülük sahəsi ilə məşhur olan Şamaxı rayonunda məhsul yığımı sürətlə davam edir. İlkin mərhələdə daha tez yetişən “Prima” və “Kardinal” süfrə sortlu üzüm yığılır.
AZƏRTAC xəbər verir ki, süfrə və texniki üzüm sortlarını becərməyə üstünlük verən şamaxılı fermerlər bu mövsümdə bol məhsul yetişdiriblər. Builki hava şəraiti üzüm istehsalı üçün əlverişli olmasa da, aparılan aqrotexniki qulluğun nəticəsi olaraq məhsuldarlıq yaxşıdır.