İQTİSADİYYAT


“Füzuli” Beynəlxalq Hava Limanında radiotexniki vasitələrin hazırlığı yoxlanılır

Avqustun 20-25-də “Füzuli” Beynəlxalq Hava Limanında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisi ilə uçuşlar həyata keçirilir.
“Azərbaycan Hava Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış “Aerodata AD-FIS-112” uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcək.