Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ölkə ərazisində isti hava şəraiti davam edəcək

23.08.2021 [13:36]

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Azərbaycanda gözlənilən hava proqnozunu açıqlayıb. Avqustun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26°, gündüz 35-38° isti, Bakıda gecə 23-25°, gündüz 35-37° isti olacaq. Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti olacağı ehtimal edilir. Ümumilikdə isə ölkə ərazisində isti hava şəraiti davam edəcək.