İQTİSADİYYAT


Yonca əkininə maraq artıb – Neftçaladan REPORTAJ

Ölkədə heyvandarlığın, quşçuluğun və arıçılığın inkişaf etdirilməsi, mal-qara və quş məhsullarının artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və onun maya dəyərinin aşağı salınmasında əsas məsələlərdən biri qiymətli yem bazasının yaradılmasıdır. Bu baxımdan Neftçalada yem bitkilərinin əkilməsi diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, ötən il Neftçala rayonunda 8526 hektar ərazidə yonca bitkisi əkilib. Fermerlər bu sahələrdən bir neçə dəfə biçin apararaq hər hektardan təxminən 400 ədəd yonca bağlaması əldə ediblər. Bu il də Neftçalanın yonca sahələrində vəziyyət ürəkaçandır. Fermerlər sahələrdən bol məhsul götürəcəklərinə əmindirlər.