Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müdafiə nazirinin müavini “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının təntənəli açılış mərasimində iştirak edib

24.08.2021 [12:14]

Xəbərin mətni

Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov avqustun 23-də “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.
Nazir müavini, həmçinin Alabino hərbi poliqonunda keçirilən  “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularla görüşüb və yarışlarda onlara uğurlar arzulayıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI