MƏDƏNİYYƏT


Malazgirt zəfərinin 950-ci ildönümü möhtəşəm təşkil olunub

Türkiyədə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə müəyyən olunmuş təntənəli yubiley tədbirləri möhtəşəm şəkildə təşkil olunub. Azərbaycan mədəniyyətini tanıtmaq üçün nəzərdə tutulan çadır Ahlat rayonu ərazisində mərasimlərin keçirildiyi ən cəlbedici məkandadır. Bu gün Azərbaycan çadırının da daxil olduğu bölmənin təqdimatı olacaq.AZƏRTAC xəbər verir ki, Bitlis vilayətinin Ahlat rayonu ərazisində təşkil olunan yubiley mərasimi müxtəlif bölmələrdən ibrətdir. Ayrı-ayrı ölkələrlə yanaşı, Türkiyənin əksər bölgələri burada müxtəlif formalarda təmsil olunurlar. Türkiyən tarixi, müasir həyatı, inkişaf istiqamətləri bu məkanda əzmlə təbliğ olunur.