İQTİSADİYYAT
Şabranın Padar kəndinə çəkilən yola asfalt döşənib
24.08.2021 [12:56]
Xəbərin mətni
Şabran rayonun Padar kəndinə çəkilən yolun asfaltlanması işləri yekunlaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-cı kilometrindən ayrılan Padar kəndinə gedən yolun uzunluğu 2500 metrdir. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edir.