MƏDƏNİYYƏT


Məktəbli “Mehtəran” birliyinin ifası Malazgirt zəfəri mərasimində böyük təntənə yaradıb

Türkiyədə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə müəyyən olunmuş yubiley mərasimlərinin rəngarəng proqramları çərçivəsində Ergezen Orta Məktəbinin şagirdlərdən ibarət “Mehtəran” birliyinin “Mehtər marşı” ifası böyük təntənə yaradıb.
AZƏRTAC xəbər verir ki, Bitlisin Ahlat rayonunda fəaliyyət göstərən Azərbaycan mədəniyyətini tanıtma çadırının yaxınlığında təşkil olunan ifa rayon rəhbərliyinin iştirakı ilə izlənilib və hərarətli alqışlarla qarşılanıb.