İQTİSADİYYAT


Oğuzda əkin sahələri su ilə təmin olunur, yaşayış məntəqələri sel sularından qorunur

Oğuz Suvarma Sistemləri İdarəsi 16553 hektar suvarılan torpaq sahəsinə xidmət edir. İdarə bununla yanaşı, yaşayış məntəqələrinin sel sularından qorunması üçün çay sahillərində beton bəndlərin tikintisi və onların təmiri ilə də məşğuldur.
AZƏRTAC xəbər verir ki, rayonda taxıl sahələrinin suvarma mövsümü mart, aprel, may aylarına təsadüf edib. İndi isə tütün, qarğıdalı, yonca sahələrinin qızğın suvarma dövrüdür. Fermerlər təyin olunmuş qrafik əsasında əkin sahələrini suvara bilirlər. Bu günə qədər sahələrə 22 min kubmetrdən çox su suvarma suyu verilib.