Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan Çin-Avrasiya sərgisində “Fəxri qonaq ölkə” statusunda iştirak edir

25.08.2021 [13:39]

Xəbərin mətni

Azərbaycan Çinin Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərində fəaliyyətə başlamış Çin-Avrasiya sərgisində “Fəxri qonaq ölkə” statusunda iştirak edir.
AZƏRTAC xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər səbəbindən builki sərgi onlayn formatda keçirilir. Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmizin 25 şirkətinin 200-dən çox məhsulu sərgiyə çıxarılıb. Sərgidə qida və kənd təsərrüfatı məhsulları ilə yanaşı, xalça nümunələrimiz həm 3D, həm də 2D formatda nümayiş olunur. Bundan başqa, vahid ölkə stendində Azərbaycanın əlverişli biznes və sərmayə mühiti, tranzit-nəqliyyat potensialı və turizm resursları da təqdim olunur.