MƏDƏNİYYƏT


Son illər dulusçuluq sənətinə maraq azalıb

Qədim sənətkarlıq növlərindən olan dulusçuluq Azərbaycanda böyük inkişaf yolu keçib. Dövr dəyişdikcə, texnologiya inkişaf etdikcə bu sahəyə maraq azalıb, lakin az sayda olsa da hələ də bu işlə məşğul olanlar var. Onlardan biri də lənkəranlı sənətkar Zahid Əkbərovdur.
AZƏRTAC xəbər verir ki, sənətkarlar məntəqəsi sayılan Lənkəranın Separadi kəndində bir vaxtlar 30-a yaxın ailə dulusçuluqla məşğul olub. İndi kəndin yeganə dulusçusu Zahid Əkbərovdur. O, ata-baba sənətinə 11 yaşından maraq göstərib. İllər ötdükcə bu sahədə püxtələşən sənətkar deyir ki, bu iş səbir, bacarıq və incəlik tələb edir.