SİYASƏT


Naxçıvan Qarnizonu Qoşunlarında yoluxucu xəstəliklərə qarşı qabaqlayıcı profilaktik tədbirlər davam etdirilir

Naxçıvan Muxtar Respublikasında virus infeksiyalarına və yoluxucu xəstəliklərə qarşı aparılan qabaqlayıcı profilaktik tədbirlər Naxçıvan Qarnizonu Qoşunlarında da davam etdirilir.
İnfeksiyaların və yoluxucu xəstəliklərin qarşısının alınması, hərbi qulluqçuların və ailə üzvlərinin sağlamlıqlarının qorunması məqsədilə hərbi şəhərciklərdə, birləşmə, hissə və bölmələrdə genişmiqyaslı dezinfeksiya tədbirləri aparılır, sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.