İDMAN


İlqar Rəhimov: Bütün azarkeşləri Azərbaycan komandasını dəstəkləməyə dəvət edirəm

Bütün azarkeşləri Tokio Paralimpiya Oyunlarında Azərbaycan komandasını dəstəkləməyə dəvət edirəm.
Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məxsusi müsahibəsində Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov paralimpiyaçımız Pərvin Məmmədovun ilk medal qazanmasını şərh edərkən bildirib. Tokioda Paralimpiya Oyunlarının artıq start götürdüyünü qeyd edən İlqar Rəhimov beş il davam edən hazırlıqdan sonra Azərbaycan komandasının da böyük heyətlə bu yarışlara qatıldığını deyib: “Yüksək səviyyədə təşkil edilən açılış mərasimində təşkil edilən parada bizim idmançılar yaxalarında Zəfər nişanımız olan Xarı bülbüllə çıxdılar”.