İQTİSADİYYAT


“Azərişıq” Goranboyun dağ kəndlərində yenidənqurma işləri görüb

“Azərişıq” ASC Goranboy Elektrik Şəbəkəsinin xidməti ərazisində yerləşən, ucqar dağ kəndləri olan Rus Borisi və Buzluqda yenidənqurma işləri görüb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Rus Borisi kəndində əsas problemlərdən biri meşənin içərisindən keçən köhnə 10 kilovoltluq xətt olub. Yeni layihə əsasında xətt meşə ərazisindən çıxarılaraq yol kənarı ilə 6 kilometr məsafədə metal dayaqlarla yenidən inşa edilib. Kənd daxilində 4 min 500 metr izolyasiyalı naqillərlə 0,4 kilovoltluq xətt çəlilib, 2 ədəd transformator məntəqəsi yenisi ilə əvəzlənib.