SİYASƏT


Şuşa sakinləri Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik ediblər

Şuşa sakinləri ilk dəfə doğma şəhərlərindən Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik ediblər.
AZƏRTAC xəbər verir ki, avqustun 26-da daha bir qrup Şuşa sakini doğma şəhərlərini görmək imkanı qazanıb. 52 nəfər sakinin səfəri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ad gününə təsadüf edib və bu münasibətlə sakinlər sülh rəmzi olan göyərçinləri səmaya buraxıblar, Birinci vitse-prezidentə xoş arzularını çatdırıblar.