İDMAN


“Qarabağ” səfərdə "Aberdin"i məğlub edərək qrup mərhələsinə vəsiqə qazanıb

Avqustun 26-da UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" səfərdə "Aberdin"i 3:1 hesabı ilə məğlub edib.AZƏRTAC xəbər verir ki, oyunun 8-ci dəqiqəsində təmsilçimizin yarımmüdafiəçisi Tural Bayramov fərqlənib. Bu qoldan 10 dəqiqə sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi Kadi Molinovski komandasının ikinci qolunu vurub. Qarşılaşmanın 72-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Abdullah Zubir üçüncü qolu rəqibin qapısından keçirib. Şotlandiya klubunun yeganə topunu isə Levis Ferquson vurub.