İQTİSADİYYAT


Bu il Lənkəranda kivi yığımına tez başlanılıb

Lənkəranda kivi bağlarında məhsul yığımına başlanılıb. Ötən illərdən fərqli olaraq bu il bağlardan tez yığılan kivi xarici bazarlara göndərilir. Havaların əlverişli keçməsi bağlarda məhsuldarlığa müsbət təsir edib.
AZƏRTAC xəbər verir ki, təsərrüfat sahibi Rəftarə Şükürovanın İstisu qəsəbəsində 15 hektar sahədə yaratdığı sitrus vadisində digər sitrus ağacları ilə yanaşı, 3 hektardan çox kivi bağı var. 2000 ağacın əkildiyi bu bağdan 6-cı ildir ki, kivi yığılır.