CƏMİYYƏT


Gömrükçülər aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısını alıblar

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız məhsulların naməlum şəxslər tərəfindən toplanılaraq saxlanılması və ayrı-ayrı şəxslərə satışının təşkil olunması barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında gömrükçülərin keçirdiyi əməliyyat nəticəsində Azərbaycan vətəndaşı Bakı şəhərinin Nəsimi rayonu ərazisində qutularda olan naməlum predmetləri öz avtomobilinə yığarkən saxlanılıb. Saxlanılan şəxs Bakı Baş Gömrük İdarəsinə gətirilib və onun avtomobilinə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerindəki qutularda Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 60 min ədəd “Marlboro” adlı siqaret aşkarlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır