Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Paracüdoçumuz Dürsədəf Kərimova “Tokio-2020”nin qızıl medalını qazanıb

29.08.2021 [18:35]

Paracüdoçumuz Dürsədəf Kərimova “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.AZƏRTAC xəbər verir ki, 70 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən qadın paracüdoçumuz ukraynalı Anastasiya Harnik və Braziliya idmançısı Meq Emmeriçə qalib gələrək həlledici mərhələyə yüksəlib. Finalda cüdoçumuzun rəqibi Qazaxıstan təmsilçisi Zarina Baybatina olub. Rəqibini ipponla məğlub edən D.Kərimova Paralimpiya çempionu olub.