İQTİSADİYYAT


Beyləqanda əhalinin içməli və suvarma suyuna olan tələbatı ödənilir

Ölkəmizdə torpaqlardan istifadənin səmərəliliyinin artırılması və əkinəyararlı torpaqların genişləndirilməsi üçün əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Respublikanın digər rayonlarında olduğu kimi, Beyləqanda da əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsində subartezian quyuları mühüm rol oynayır.