MƏDƏNİYYƏT


Şirvan hakimlərinin iqamətgahı, əfsanəvi Buğurd qalasından REPORTAJ

Azərbaycan dövlətçilik tarixində önəmli yeri olan Şirvanşahlar dövlətinin əsas iqamətgahlarından hesab edilən Buğurd qalası Şamaxı şəhərindən 20 kilometr şimal-qərbdə, hər tərəfi meşə ilə örtülü olan hündür dağ zirvəsində yerləşir.
Strateji mövqeyinə görə əlverişli mövqeyə malik qalada mükəmməl su-kanalizasiya sistemi, relyefə uyğun çoxsaylı yaşayış binaları, inzibati binalar, saraylar, məscidlər, su anbarları, hamamlar mövcud olub. Mühafizəçilərin ikiqat qala divarlarının arası ilə sərbəst gəzməsi üçün pillələr salınıb. Divarlarının üzəri kümbəzvari formada hörülüb ki, bu da düşmənin mühafizəçilərin hərəkətini izləməyinə imkan vermir.