İQTİSADİYYAT


Lənkəran Melioservis İdarəsi tərəfindən əkin sahələrinin səmərəli suvarılmasına şərait yaradılır

Kənd təsərrüfatı sahələrinin inkişafı üçün ən vacib şərtlərdən biri meliorasiya tədbirlərinin səmərəli təşkil olunmasıdır. Lənkəran Melioservis İdarəsi də lildən təmizlənmə və təmir işlərini həyata keçirməklə Lənkəran və Astara rayonlarındakı təsərrüfat sahələrinin səmərəli suvarılmasına şərait yaradır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Melioservis İdarəsi 1948-ci ildən fəaliyyət göstərir. Əkin sahələrini suvarma suyu ilə vaxtında təmin etmək üçün tələb olunan bütün tədbirlər idarə tərəfindən böyük diqqət və məsuliyyətlə həyata keçirilir. Lənkəran Melioservis İdarəsinin əsas fəaliyyəti Astara və Lənkəranda magistral, təsərrüfatlararası və təsərrüfatdaxili suvarma və kollektor-drenaj sistemlərinin, çay məcralarının lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri və yenidən qurulmasından ibarətdir.