İQTİSADİYYAT


Beyləqanda alim və fermerlərin iştirakı ilə pambıqçılığın inkişafı müzakirə edilib

Pambıqçı alim və mütəxəssislər, həmçinin fermerlər Beyləqanda bir araya gəliblər. Görüşdə innovativ texnologiyaların tətbiq ilə məhsuldarlığın artırılması yolları və son dövrlərdə “ağ qızıl” tarlalarında əldə olunan nəticələr müzakirə edilib. Eyni zamanda, regiona uyğun sortladan istifadə etməklə yüksək məhsul əldə olunmasına dair qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.