İQTİSADİYYAT


Azərbaycan Çin xidmətlər ticarəti sərgisində vahid ölkə stendi ilə təmsil olunur

Çinin paytaxtı Pekində Çin beynəlxalq xidmət ticarəti sərgisi (China International Fair for Trade in Services - CIFTIS) işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi və ölkəmizin Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan vahid ölkə stendi ilə xidmətlər ticarəti sahəsində Çinin ən önəmli beynəlxalq sərgisində iştirak edir.