Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Azərbaycan Tokio Paralimpiadasında 13-cü qızıl medalını qazanıb

04.09.2021 [10:29]

Xəbərin mətni

Azərbaycan “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında 13-cü qızıl medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, 400 metr məsafəyə qaçış yarışlarında Lamiyə Vəliyeva bütün rəqiblərini qabaqlamağı bacarıb. Məsafəni 55 saniyəyə qət edən təmsilçimiz, həmçinin Paralimpiya rekordu müəyyənləşdirib.