Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Haaqada təşkil edilmiş “Səfirliklər Festivalı”nda Azərbaycanın stendi diqqət mərkəzində olub

05.09.2021 [13:24]

Xəbərin mətni

Artıq 9 ildir keçirilən “Səfirliklər Festivalı”ında Azərbaycan səfirliyi iştirakı ilə diqqəti cəlb edib. Həmişə olduğu kimi, bu il də stendimiz festival iştirakçılarının və ziyarətçilərinin diqqət mərkəzində olub. Stendimizdə milli geyimlərimiz, mətbəximizin təamları və Azərbaycan şərabları nümayiş olunub. Azərbaycan mətbəxinin ləziz təamları ziyarətçilər tərəfindən maraqla qarşılanıb və sevilib. Xüsusilə də, tədbirə qatılan ölkələrin səfirləri stendimizi ziyarət ediblər.