CƏMİYYƏT


Cəlilabadın üzüm bağlarında məhsul boldur, qiyməti 50 qəpik - 1 manat arasında dəyişir

Bu il Cəlilabadın üzüm bağlarında bol məhsul yetişib. Ötən aydan yığıma başlayan fermerlər tədarük olunan məhsulun bu günədək 400 tondan çoxunu Rusiya bazarlarına ixrac ediblər.AZƏRTAC xəbər verir ki, üzümçülük Cəlilabad rayonunda kənd təsərrüfatının əsas inkişaf etmiş sahələrindən biridir. Son bir neçə ildə göstərilən xüsusi dövlət dəstəyi bu sahədə məhsul istehsalına geniş şərait yaradıb. Hazırda rayondakı üzüm sahələrinin 1400 hektarı məhsuldar, 100 hektara yaxını isə yeni bağlardı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır