CƏMİYYƏT


Sabah güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 24-27° isti, Bakıda gecə 20-22° isti, gündüz 25-27° isti olacaq.