İDMAN


“Tokio-2020”də uğurla çıxış edən milli Paralimpiya komandamızın üzvlərinin sonuncu qrupu Vətənə qayıdıb

“Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında uğurla çıxış edən milli Paralimpiya komandamızın üzvlərinin sonuncu qrupu sentyabrın 7-də Vətənə qayıdıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Azərbaycan Milli Paralimpiya Komitəsinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, paralimpiyaçıların yaxınları və jurnalistlər iştirak ediblər.