İQTİSADİYYAT


Pekində Qarabağın və Şərqi Zəngəzurun investisiya imkanlarından danışılıb

Çinin paytaxtı Pekində davam edən Çin beynəlxalq xidmət ticarəti sərgisi (CIFTIS) çərçivəsində “Azərbaycanda investisiya və ticarət” seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin və CIFTIS təşkilat komitəsinin dəstəyi, Azərbaycanın Çindəki Səfirliyində ticarət nümayəndəsinin Aparatının təşkilatçılığı ilə keçirilən seminarda Çinin dövlət qurumlarının məsul işçiləri və iş adamları iştirak edib.