Azərbaycan Dövlət İnformasiya Agentliyi

"İslam irsimizi tanıyaq” layihəsi çərçivəsində növbəti təqdimat - Təzəpir məscidi

07.09.2021 [17:48]

Xəbərin mətni

Mədəniyyət Nazirliyinin “İslam irsimizi tanıyaq” layihəsi çərçivəsində Təzəpir məscidi ilə bağlı geniş material hazırlanıb.Bu barədə AZƏRTAC-a nazirlikdən bildirilib.
Təzəpir məscidi Abşeron ərazisində yerləşən ziyarətgah timsallı memarlıq abidəsidir. Məscid təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunur. Qafqaz Müsəlmanları İdarəsi burada yerləşir.