Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Azərxalça”nın Quba filialında 1100 kvadratmetr xalça toxunub

10.09.2021 [12:08]

Xəbərin mətni

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Quba filialında indiyədək ümumi ölçüsü 1100 kvadratmetr olan 310 ədəd xalça toxunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazır olan nümunələr Quba, Şirvan və Qarabağ çeşniləri əsasında toxunan xalçalardır. Üzərlərində çeşnilərin adı və “Azərbaycan” yazısı qeyd olunub. Bu da qədim sənətkarlıq nümunələrinin müəllif hüququnun qorunmasına, eyni zamanda, Azərbaycan incəsənətinin dünyaya tanıdılmasına xidmət edir.